İyunun 1-də Heydər Əliyev Sarayında Aleksey Rıbnikov teatrının “Buratino” müzikli nümayiş etdiriləcək. Rusiyanın Xalq artisti Aleksey Rıbnikovun rəhbərliyi altında ərsəyə gələn müzikl yaşından asılı olmayaraq hər kəs üçün nəzərdə tutulan ailəvi tamaşadır. Tamaşaçılar Aleksey Rıbnikovun məşhur kinofilmdəki sevilən və tanınan melodiyalarından zövq alacaqlar.