Mayın 3-4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında ispan dramaturqu Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Səhnə əsərində Əməkdar artist Salman Bayramov, Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Teymur Rəhimov və başqaları iştirak edəcəklər.