Aprelin 1-dən 14-dək Kiyevin “Triptix” qalereyasında türkiyəli rəssam Canan Berberin əsərlərindən ibarət “Sevimli qadın” adlı sərgi keçiriləcək.
Rəssamın əsərlərində mədəni müxtəlifliyin çoxsaylı rəmzləri kodlaşdırılıb: rəqs edən sufi dərvişlərin siluetləri, nar, balıqlar, quşlar və kəpənəklər, kilsə və məscid binalarının yanaşı olduğu şəhər siluetləri. Canan Berber 1967-ci ildə anadan olub. İzmirdə Ege Universitetinin mühəndislik fakültəsinin toxuculuq texnologiyaları bölməsini bitirib. Sonra Londonda “City Lit” İnstitutunda incəsənət və dizaynı öyrənib. Əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib.