Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 27-dən 31-dək Bakı şəhər xalq teatrlarının festivalı keçiriləcək. Festivalda 17 mədəniyyət müəssisəsindən 19 kollektiv iştirak edəcək. Festival xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədi daşıyır.