“Günay” uşaq teatr-studiyası martın 25-28-də Belarusun paytaxtı Minskdə keçirilən “Addımlar” III beynəlxalq uşaq teatrı forumunda Azərbaycanı təmsil edib.
Teatrdan bildiriblər ki, forum Belarusda və xarici ölkələrdə teatr təhsilinin inkişaf etdirilməsi, teatr sənəti sahəsində istedadlı uşaqların və gənclərin üzə çıxarılması və dəstəklənməsi məqsədilə 2 ildən bir keçirilir. Bu il festivalda Belarus, Rusiya, Litva, Latviya, Estoniya və Azərbaycandan kollektivlər iştirak ediblər.
Nümayiş olunan tamaşalar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təşkilat komitəsinin qərarına görə, 1, 2 və 3-cü yerlərə layiq görülənlər olmayıb.
Teatr forumunda Üzeyir Hacıbəylinin ”Arşın mal alan” əsərini təqdim edən Azərbaycan kollektivi 3 diploma layiq görülən yeganə kollektiv olub. “Günay” uşaq teatr-studiyasının üzvləri “Ən yaxşı aktyor duetinə görə”, “Qəhrəmanın inandırıcı obrazını yaratma ampluasında ən yaxşı səhnə işinə görə” və bütün kollektiv “Klassik milli əsərin - Üzeyir Hacıbəylinin ”Arşın mal alan” əsərinin səhnə təcəssümündə yaradıcılıq əzminə görə” diplomları ilə təltif olunublar.
Azərbaycanı müxtəlif beynəlxalq müsabiqələrdə uğurla təmsil edən “Günay” uşaq teatrı çoxlu sayda mükafat və diplomlara layiq görülüb. Teatr nominasiyaları ilə yanaşı, həm də xoreoqrafiya nominasiyalarında bir neçə Qran-pri mükafatının sahibidir. Teatrın rəhbəri ssenarist, rejissor Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar