Prezident İlham Əliyev mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib, səhmləri dövlətə məxsus olan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Sərəncamda qeyd olunur ki, yeni qurum Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.