Prezident İlham Əliyev mayın 6-da incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı 130 nəfər aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.