Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində sənətkarın "Leyli və Məcnun" operasının növbəti tamaşası olub. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanın dirijoru Əməkdar incəsənət xadimi, xormeyster Sevil Hacıyeva idi.
Üç pərdədən ibarət olan tamaşada baş rolları xalq artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa ediblər. İfaçıların səhnə plastikası, səs imkanları və aktyorluq məharəti teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan "Leyli və Məcnun" operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar