Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası oktyabrın 16-da Lerik Rayon Mədəniyyət evində Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşası ilə çıxış edib.
Maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Tariyelqızıdır. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Miraslan Ağayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Allahverən Babayev, Sayad Əliyev, Emin Fərzullayev və digərləri ifa ediblər.