2015-ci ilin dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Yubileylə əlaqədar "Cahangirdən Cahangirə" adlı bədii layihə üzərində iş aparılıb. Layihədə sənətkarın nəvəsi, Əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Qu quşunun nəğməsi" əsəri əsasında tamaşa hazırlanıb. Səhnə əsərində baş rolda Cahangir Novruzov özü çıxış edəcək.