Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə 13-15 may tarixində Türkiyənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün ölkəmizə press-tur təşkil edilib. Tur iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dağüstü Park, Bayraq Meydanı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, eləcə də “Atəşgah məbədi”, Yanardağ, paytaxtın muzey və incəsənət obyektlərini ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi bu il fevralın 29-da açılıb. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axınının gücləndirilməsi istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar