Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Minskdə qastrol səfərində olacaq. Vokalçı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə beynəlxalq milad opera forumunda iştirak edəcək. Bu il 6-cı dəfə keçiriləcək opera forumuna bir sıra ölkələrdən məşhur truppalar, vokalçılar qatılır, premyeralar və qala-konsertlər keçirilir. Azərbaycandan Xalq artisti Əli Əsgərov 2013-cü ildə, Əməkdar artist Afaq Abbasova isə 2014-cü ildə bu tədbirdə uğurla çıxış ediblər.