Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və “SABAH” qrupunun tələbələri Polşanın Krakov şəhərində Adam Mitskeviç İnstitutunun dəvəti ilə VIII beynəlxalq “İlahi komediya” teatr festivalında iştirak edirlər.
“İlahi komediya” ən maraqlı beynəlxalq teatr layihələrindən biridir. Universitetin müəllim və tələbələri mədəni mübadilə, Polşanın müasir teatr həyatı ilə tanışlıq məqsədi daşıyan festival çərçivəsində nümayiş etdirilən on altı tamaşanı izləyəcək, tanınmış rejissor və aktyorlarla görüşəcək, mühazirələrdə iştirak edəcəklər.