Uzun illər Gənc Tamaşaçılar Teatrında oynanılmış “Dovşanın ad günü” tamaşası əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək.
Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjimançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.
Rolları İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.
Xanımana Əlibəylinin 95 illiyinə həsr olunmuş tamaşa 2016-cı il yanvar ayının sonlarında, məktəblilərin qış tətili günlərində nümayiş etdiriləcək.