Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı şənliklərinə ciddi şəkildə hazırlaşır. Teatrda bayram şənlikləri 24 dekabrdan 10 yanvaradək davam edəcək.
Teatrın direktor müavini Hüseyn Hüseynov deyib ki, kollektiv bu il tam fərqli, bir çox yeniliklərlə zəngin olan bayram şousu hazırlayıb.
Bayram şousu ilə yanaşı, teatrda nağıl-tamaşa da hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır, musiqi tərtibatı Mehman Fərəcova məxsusdur.