Paytaxtla yanaşı regionlardakı teatr-konsert müəssisələri də repertuarlarına Yeni il bayramı ilə bağlı tamaşa və konsertlər daxil ediblər. Mingəçevir Dövlət Dram Teatrında “Dəcəl keçi” adlı yeni tamaşa dekabrın 18-dən başlayaraq hər gün balacalara təqdim olunacaq.
Teatrın direktoru Səxavət Məmmədovun verdiyi məlumata görə, məktəblilər əvvəlcə teatrın foyesində keçirilən Yeni il şənliklərinin iştirakçısı olacaq, sonra tamaşaya baxacaqlar. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.