Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə daha bir beynəlxalq teatr festivalına dəvət alıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, o, fevralın 19-dan 29-dək Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyində baş tutacaq VII Monodram Tamaşalar Festivalında iştirak edəcək.
Qeyd edək ki, festival 2003-cü ildən keçirilir. İki ildən təşkil olunan sənət bayramında dünyanın müxtəlif ölkələrindən teatrlar və teatr mütəxəssisləri, teatrşünas və sənətkarlar iştirak edirlər. Festivalın əsas məqsədi ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir. Budəfəki festivalın daha bir özəlliyi onun birinci Fuceyra İncəsənət Festivalı çərçivəsində təşkil edilməsidir.