Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.
Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram”.