Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək. Bu dəfə qardaş Türkiyənin kukla teatrı təmsilçiləri Bakıya qonaq gəlib. Mayın 19-da teatrın səhnəsində məşhur türk kölgə oyunu - “Qaragöz” tamaşası nümayiş olunacaq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.
Yeddi əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvartın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və hər dəfə tamaşaçıların rəğbətini qazanıb.