Azərbaycan Dövlət Yuğ Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.
Tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.
Səhnə əsəri aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.