“Romeo və Cülyetta” Nizami Kino Mərkəzində nümayiş olunacaq

Avqustun 19-da Nizami Kino Mərkəzinin ekranında U.Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın videolenti nümayiş olunacaq. Tamaşa rejissor Kennet Brananın quruluşunda hazırlanıb. Səhnə əsərində Romeo rolunu məşhur aktyor Riçard Madden, Cülyetta rolunu Lili Ceyms, Merkusio rolunu isə Derek Cekobi canlandırıb.
Layihə Nizami Kino Mərkəzi və “British Consul”un birgə təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşir.
Qeyd edək ki, tamaşanın premyerası Böyük Britaniyada 1970-ci ildə baş tutub.