Sentyabrın 9-dan 14-dək Belarusun Brest şəhərində XXI “Belaya veja” beynəlxalq teatr festivalı keçiriləcək.
Festivalda 17 ölkədən, o cümlədən Azərbaycandan ümumilikdə 27 teatr kollektivi iştirak edəcək. Qeyd edək ki, ötən illərdə ölkəmizi bu festivalda ənənəvi olaraq Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edib. Səkkiz dildə təqdim ediləcək tamaşalar şəhərin beş səhnəsində oynanılacaq.
Builki “Belaya veja” festivalı tamaşaçıları janr müxtəlifliyi ilə sevindirəcək. Afişada dram, müzikl, rok-opera, fantasmaqoriya, uydurma pritça, qotik triller oyunu, məktəb kvesti, forma teatrı, monotamaşalar, küçə, xoreoqrafiya quruluşları təqdim edilib. Teatr həftəsi boyu klassik əsərlərlə müasir dramaturgiya nümunələri bir-birini əvəzləyəcək.