Noyabrın 13-də azərbaycanlı gənc balet ulduzu Ülvi Əzizov Norveçin paytaxtı Osloda keçiriləcək “Etoile Ballet Gala” adlı qala-konsertdə çıxış edəcək.
“Oslo Konserthus” səhnəsində baş tutacaq konsert proqramında Paris, Praqa, Berlin, Budapeşt və başqa şəhərlərin məşhur teatrlarının balet ulduzları da çıxış edəcək.
Qeyd edək ki, Ü.Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir.