Sentyabrın 16-da “Qızıl Dərviş” mükafatı laureatı Qax Dövlət Kukla Teatrı yeni mövsümü A.S.Puşkinin “Qızıl balıq” tamaşası ilə açacaq. Tamaşa teatrın baş rejissoru Yusif Abdurahmanovun quruluşunda təqdim olunacaq.
Bundan əlavə, yeni mövsümdə yerli dramaturq Osman Abdullayevin “Nərbala” əsəri səhnəyə qoyulacaq. Bakı Uşaq Filarmoniyasının rejissoru Elşad Rəhimzadənin quruluşunda “Maşa və Ayı” tamaşası da tezliklə seyrçilərə təqdim olunacaq.