Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçısı və dramaturqu Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Rolları xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev və başqaları ifa edirlər.