Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində baş rolda Ukrayna Milli Opera Teatrının prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək. Onun tərəf-müqabili kimi Qraf Albertin partiyasını ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək. Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Ayan Eyvazova canlandıracaq.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.