IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə bu il respublikamızda “Multikulturalizm ili” elan edilib. Sərəncamın, habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 7-8 noyabr 2016-cı il tarixində “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.
Bakıda beynəlxalq teatr forumunun əsası 2010-cu ildə qoyulub və o, iki ildən bir keçirilir. Dörcüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən - Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, Fransa, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri Lanka, Sudan, Meksika, Niderland, Cənubi Afrika Respublikasından mədəniyyət, incəsənət və elm xadimləri Bakıya gələcək.
Konfransda İTİ (Beynəlxalq Teatr İnstitutu), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) kimi teatr sahəsi üzrə nüfuzlu beynəlxalq təşkilatlar da təmsil olunacaq.
Konfrans iştirakçıları arasında İTİ-nin prezidenti Məhəmməd Əlafkham, qurumun baş katibi Əli Mahdi, İFTR prezidenti Cin Qrehem-Cons (ABŞ), MTBA-nın icraçı direktoru Nataliya Zıkova (Rusiya), İTİ-nin Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə Ərəbistanı), İFTR idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya), ASSİTEJ-in İsrail Milli Mərkəzinin prezidenti Razi Amitai olacaq. Həmçinin, Batumi İncəsənət Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan), Kəlküttə Universitetinin professoru Priyanka Çaterci (Hindistan), “Trinistra” Dövlət konsert və nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Stoponkus (Litva), Perm şəhəri “U mosta” Dram Teatrının bədii rəhbəri Sergey Fedotov (Rusiya), “Tənqidi səhnələr” jurnalının baş redaktoru Savas Patsalides (Yunanıstan), Vyetnam teatrı üzrə ekspert Şuntaro Yoşida (Yaponiya) və başqaları tədbirə qatılacaq.
Noyabrın 4-də saat 12-də Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat konfransı keçiriləcək. Noyabrın 6-da saat 12-də Azərbaycan Milli Kitabxanasında misirli alim Abdel Rahman Al Xamissinin ərəb dilinə tərcümə etdiyi “İrəvan xanlığı” (müəllif Y.Mahmudov) kitabının təqdimat mərasimi təşkil ediləcək.
Ənənəvi olaraq, plenar iclaslar, mütəxəssislərin məruzələrinin dinlənilməsi ilə yanaşı, konfrans çərçivəsində seminar və treninqlər də nəzərdə tutulub. 6 və 9 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında “Karri Marqolis metodu” (Boris Daussa Pastorun seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünaslardan nə gözləyir” (Pavel Rudnevin seminarı), “Müasir teatrda idarəetmə” (Andrey Sidelnikovun treninqi), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” (Devid Pərrişin seminarı) mövzularında seminar-treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.
Konfrans iştirakçıları üçün noyabr ayının 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” tamaşası nümayiş olunacaq.