“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və “ABŞ-da Təhsil Almış Məzunlar” İctimai Birliyinin və “Level Up School of Professional Studies and Business” təhsil şirkətinin təşkilati dəstəyi ilə iyunun 26-da uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil olunacaq. Festivala “Bakcell” və “Hesab.az” şirkətləri də dəstək verir.
Layihənin məqsədi uşaqlar və onların valideynləri arasında milli cizgi filmi qəhrəmanlarını və oxu mədəniyyətini təbliğ etmək, uşaqları və valideynləri korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlandırmaqdır.
Festivalda 6-16 yaş arası uşaqlar və onların valideynləri iştirak edəcəklər. “ABŞ-da Təhsil Almış Məzunlar” İctimai Birliyinin “Caspian” biznes mərkəzindəki konfrans zalında təşkil olunacaq festivalda fərqlənən 10 uşaq mükafatlandırılacaq.