Başqırd Teatrının yeni mövsümdə ilk balet premyerası görkəmli Azərbaycan bəstəkarı, SSRİ-nin Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti olacaq.
Balet oktyabrın 29-30-da nümayiş etdiriləcək, hələlik isə əfsanəvi xoreoqraf Yuri Qriqoroviçin quruluş verdiyi tamaşanın məşqləri gedir. Məşq prosesinə xoreoqrafın əvəzsiz köməkçisi, tanınmış rəqqas və pedaqoq Oleq Raçkovski rəhbərlik edir.
“Məhəbbət əfsanəsi” Ufada həmçinin tamaşaya qoyulmasının 55 illiyini qeyd edəcək. Balet ilk dəfə 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinsk Teatrı) nümayiş olunub.