Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Afaq Abbasova qarşılıqlı mədəni əlaqələr çərçivəsində Minsk şəhərinə yaradıcılıq səfərinə gedəcək.
Sənətçi noyabrın 5-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında Nedda partiyasını ifa edəcək.
A.Abbasova ötən il Minskdə keçirilən Beynəlxalq milad festivalında ölkəmizi təmsil edib.