Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.
Mədəniyyət və Turizm Nazirliyi Aparatının əməkdaşları Səfərov Yusif Fəxrəddin oğlu, Məmmədova Lətifə Adil qızı, Əsgərova Natəvan Balağa qızı, Şabran və Kürdəmir rayon mədəniyyət və turizm şöbələrinin müdirləri Səmədov Əhməd Səməd oğlu və Alıyev Vaqif Alı oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Təltif olunanları təbrik edir və hər birinə yeni uğurlar arzulayırıq.