Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirilib.
MKS-nin böyük biblioqrafı Fəridə Alnağıyeva balacalar üçün maraqlı nağıllar oxuyub. Sonra o, uşaqların nağıl qəhrəmanlarının başlarına gələn əhvalatlar haqqında düşüncələrini öyrənib və onları maraqlandıran sualları cavablandırıb.
Tədbirin məqsədi azyaşlı uşaqları kitabxanalara cəlb etmək, onlarda kitablara maraq oyatmaqdır.