İyunun 28-də “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndən bir qrup uşaq Azərbaycan Xalça Muzeyində olub. Muzeylə tanış olan uşaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib.
Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi" və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi" daxildir.