AMEA-nın müxbir üzvü, professor "Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" adlı monoqrafiyası işıq üzü görüb. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə ithaf edilmiş monoqrafiyada müəllifin son illərdə apardığı eksperimentlər əsasında oxşar mədəniyyətlərə yeni elmi baxışı əks etdirən geneoloji nəzəriyyədən bəhs edilir, geneoloji nəzəri baxışların müxtəlif elm sahələrində özünü göstərməsi müxtəsər xülasə edildikdən sonra nəzəriyyənin meydana çıxma şəraiti, inkişaf mərhələləri açıqlanır. Dörd başlıq altında yerləşdirilmiş və 84 səhifədən ibarət olan monoqrafiyada universal geneoloji nəzəriyyə tam mətndə nəşr edilmişdir. Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi akademik Fuad Qasımzadədir.