Moskvada “Milli mətbəx festivalı” keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib. Şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, festivalda ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan iştirakçılara və qonaqlara milli mətbəximiz haqqında məlumat veriblər. Tədbirdə iştirak edən rəsmilər də Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.
Festivalın sonunda ASGA-nın Rusiya nümayəndəliyinin sədrinə Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom təqdim edilib.