İyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə Əsas Qanunun bir sıra maddələrinə dəyişiklik və əlavələr yer alıb. Sənəddə Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, Prezidentin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etməsi, Prezident seçilmək üçün 35 yaş həddinin aradan qaldırılması kimi müddəalar var. Sənəddə həmçinin vitse-prezidentlik institutunun (I vitse-prezident və vitse-prezidentlər) yaradılması, Prezidentə Milli Məclisi buraxmaq hüququnun verilməsi və digər məsələlər əksini tapıb.
Layihə ümumilikdə 29 bənddən ibarətdir. Konstitusiya Məhkəməsinin müvafiq rəyindən sonra dəyişikliklərlə bağlı layihə ümumxalq səsverməsinə - referenduma çıxarılacaq.