1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Bakıya gələn Qafqaz İslam Ordusunun 12-ci alayında xidmət etmiş türkiyəli əsgər Əli oğlu Əhmədə məxsus üç kitab AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim olunub.
Muzeydən bildiriblər ki, Əli oğlu Əhmədin nəticəsi Maşidə Niğmət Məmişin muzeyə hədiyyə etdiyi “Şakircan Əlhəmdi Əttəkva. İslam ibadətləri”, “Hacı Əbdülhəmid Hamid Əlbərzənci”, “Əli Nəzima. Mükatibə-yə məxsus tarix kitabları kolleksiyonu” XX əsrin əvvəllərində Bakıda baş vermiş hadisələrin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Kitablar əski əlifba ilə (türk və Azərbaycan dillərində) nəşr olunub.