“Sehrli dünya” uşaq jurnalının 50-ci nömrəsi işıq üzü görüb. Yaradıcı kollektiv bu əlamətdar hadisəni uşaqlarla birgə Dövlət Sərhəd Qoşunlarının istirahət mərkəzi olan “Sərhədçi”də qeyd edib.
Tədbirdə klounlar, istirahət mərkəzinin “Sərhədçi” ansamblı, “Can bala” qrupu, “Təbəssüm” uşaq kollektivinin çıxışları balacalar tərəfindən maraqla qarşılanıb. Keçirilən üzgüçülük yarışında fərqlənənlər mükafatlandırılıb. “Sərhədçi” istirahət mərkəzində keçirilən çimərlik bayramı “Təbəssüm” uşaq rəqs qrupunun ifası ilə başa çatıb.