AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə “Vikipediya ensiklopediyasının nəzəri və praktik əsasları” mövzusunda növbəti kurslar keçirilib.
Kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından 38 əməkdaş iştirak edib. Kurs iştirakçılarına “Vikipediya”nın problemləri və perspektivləri, əsas prinsipləri izah edilib, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları və s. öyrədilib.
Növbəti təlimlərin bu ilin sentyabrında keçirilməsi planlaşdırılır. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunur.