Xalq yazıçısı, Azəbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar yeni kitabını nəşrə hazırlayır. Kitaba yazıçının məqalələri və oçerkləri daxil ediləcək. AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, kitab qurumun oktyabrda qeyd olunacaq 75 illiyi ərəfəsində işıq üzü görəcək. Məlumat üçün bildirək ki, nəşr Azərbaycan və rus dillərində oxuculara təqdim olunacaq.