Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi və qəzetlərə birdəfəlik maliyyə yardımı məqsədilə vəsait ayrılıb

Prezident İlham Əliyev iyulun 21-də Bakı şəhərində mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb.
Dövlət başçısının digər sərəncamı ilə ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.