Mədəniyyət və Turizm Nazirliyi sistemində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə 2015/2016-cı tədris ilindən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə 2016-cı il avqustun ikinci yarısı-sentyabrın birinci yarısında keçiriləcək.
Vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində 15 avqust tarixindən sonra yerləşdiriləcək.