Türkiyənin İskilip rayonunda yerləşən, Osmanlı dövrünə aid olan əsgərlərin toplanma və nizam-intizam mərkəzi sayılan “Redif” qərargahı təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək. 150 illik tarixi olan tikili Orta Qara Dəniz İnkişaf Agentliyinin (OKA) dəstəyi ilə bərpa ediləcək. XX əsrin əvvəllərində əsgərlərin toplanma, tərbiyə və sövq mərkəzi olaraq istifadə edilən qərargah uzun illərdir aparılan bərpa işlərindən sonra istifadəyə veriləcək.
Bərpa işlərindən sonra mərkəzin turizm məkanı kimi də fəaliyyət göstərməsi nəzərdə tutulur.