Xəlil Rza Ulutürkün “Marallar da duz yeyərmiş” adlı kitabı yenidən nəşr olunub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən yayılan xəbərə görə, kitab “Beşik” nəşriyyatında çap olunub. Həmçinin kitabda xalq şairinin uşaqlar üçün yazdığı şeirləri də yer alıb. “Marallar da duz yeyərmiş” adlı kitabın tərtibçisi şairin həyat yoldaşı Firəngiz Ulutürk, rəyçisi Əlizadə Əsgərlidir.
   Topluda şairin vətənlə, təbiətlə bağlı, əməyi tərənnüm edən şeirləri toplanıb.
   Qeyd edək ki, şairin eyniadlı kitabı 1981-ci ildə nəşr edilib. Bu toplu kitabın ikinci nəşri sayılır.
   Elmin