İyulun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 22 yaşı tamam oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb, Əbülfəs Qarayev gənclər və idman naziri təyin edilib. Ə.Qarayev nazirliyə 2006-cı ilədək rəhbərlik edib.
2001-ci ildə ölkəmizdə turizm sahəsinin inkişafını təmin etmək məqsədilə bu sektorun idarəçiliyi yeni formalaşdırılan Gənclər, İdman və Turizm Nazirliyinə həvalə olunub. Nazirlik bu formatda 2006-cı ilədək fəaliyyət göstərib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” 30 yanvar 2006-cı il tarixli fərmanına əsasən, Gənclər, İdman və Turizm Nazirliyi və Mədəniyyət Nazirliyi ləğv edilərək onların əsasında Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Həmin tarixdən Gənclər və İdman Nazirliyinə Azad Rəhimov rəhbərlik edir.