22 iyul - milli mətbuatın yaranmasının 141-ci ildönümü ərəfəsində “Elm və təhsil” nəşriyyatında “Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” kitabı nəşr olunub. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə nəşr edilib.
Nəşrin tərtibçisi və “ön söz”ün müəllifi institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova, elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Elmi-köməkçi biblioqrafik göstəriciyə Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin (1842-1907) həyat və fəaliyyəti ilə bağlı nəşr olunan bütün materiallar - əsərləri, məqalələri, dəyərli fikirləri, habelə görkəmli alim haqqında yazan müəlliflərin kitabları, şeirləri, məqalələri, dissertasiya işləri və s. haqqında məlumatlar daxil edilib.