Avstraliya Milli Universitetinin professor-tələbə heyətindən ibarət qrup İndoneziyanın Bali adasında üç ay davam edən elmi tədqiqatda iştirak edib.
Həmin proqram Avstraliya hökumətinin İndoneziyaya göstərdiyi elmi araşdırma yardımı çərçivəsində həyata keçirilib.
Layihə çərçivəsində yerli əhali arasında elmi-sosial sorğular keçirilib. Bu sorğular əsasında insanların əsas problemlərinin sağlamlıq, yerli təhlükəsizlik, işıq və qazla əlaqəli olduğu müəyyənləşdirilib. Professor-tələbə heyəti Bali və Sumba adalarında mövcud olan problemləri, iqtisadi çətinlikləri müəyyənləşdirərək hesabat şəklində müvafiq dövlət qurumlarına təqdim edib. Həmin problemlərin həlli üçün ümumi müzakirələr aparılıb və rəhbərlik tərəfindən ortaq razılaşma qəbul edilib.
Görülən işlər barədə ümumi hesabat Avstraliya və İndoneziya hökumətlərinə təqdim olunub.
Tədqiqatçı qrupun tərkibində ilk dəfə azərbaycanlı antropoloq tələbə İlkin Əliyev də iştirak edib. O, Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə magistr təhsili alır.