Kitabda 2500 yeni termin toplanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və dosent Sima Quliyevanın birgə hazırladıqları “İzahlı terminlər lüğəti”nin birinci cildi nəşr olunub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2500 yeni termin toplanıb, onların izahı verilib.
Nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları akademik İsa Həbibbəyli, mərhum akademik Tofiq Hacıyev, rəyçiləri professor B.Xəlilov və filologiya elmləri doktoru İ.Abbasovdur.