Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları avqustun 5-də start götürür

Avqustun 2-nə keçən gecə AZAL-ın xüsusi çarter reysi ilə Azərbaycanın Olimpiya komandası Braziliyanın Rio-de-Janeyro şəhərinə yola düşüb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan komandasının Rio-de-Janeyroya aparılması üçün geniş imkanlara malik “Airbus A340” təyyarəsi ayrılıb. Həmin reyslə Rio-de-Janeyroya lazımi idman və tibbi invertar da çatdırılacaq.
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunları avqustun 5-də start götürür. Oyunların təntənəli açılış mərasimi Bakı vaxtilə avqustun 6-sı gecə saat 4-də başlayacaq. Azərbaycanın Olimpiya komandasına yarışlarda uğurlar arzulayırıq.
Rio-de-Janeyroda Olimpiada avqustun 21-dək davam edəcək. İdmançılarımızın avqustun 23-də Vətənə qayıtmaları planlaşdırılır.
Bu il AZAL həmçinin Azərbaycanın Paralimpiya komandasının baş sponsorudur.
Paralimpiya Oyunları bu il sentyabrın 7-dən 18-dək keçiriləcək.