Oktyabrın 20-21-də Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.
Konfrans Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, AMEA-nın Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq institutlarının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.